<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>395</hymn_number>
<title>Bu dünyadan qoru məni, dünya kədər içindədir İL395</title>
<lyrics>[V1]
 Bu dünyadan qoru məni, dünya kədər içindədir,
 Günah kor edib gözləri, insanlar dərd içindədir.

[C1]
   Yalvarıram, ey Allahım, bu dünyadan qurtar məni,
   Yalvarıram, ey Allahım, bu dünyadan qoru məni.

[V2]
 Savaş gedir hər bir yanda, dinclik yoxdur bu dünyada,
 İnsan itirib hörməti, edir iyrənc xəyanəti.

[C2]
   Yalvarıram, ey Allahım, ibrət almayım onlardan,
   Yalvarıram, ey Allahım, bu dünyadan qoru məni.

[V3]
 İtiriblər doğru yolu, ürəkləri kinlə dolu,
 Doymurlar pis əməllərdən, günah yaşar ürəklərdə.

[C3]
   Yalvarıram, ey Allahım, mən kömək istərəm Səndən,
   Yalvarıram, ey Allahım, bu dünyadan qoru məni.

[V4]
 Haqsız dünya yorub məni, qəmlə doldurub qəlbimi,
 Mən sevirəm, ya Rəbb, Səni, Özün təmizlə qəlbimi.

[C4]
   Yalvarıram, ey Allahım, bu dünyadan qoru məni,
   Yalvarıram, ey Allahım, bu dünyadan qurtar məni.</lyrics>
</song>